Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Media / Bu rayonlarda məktəb var, amma şagird yoxdur

Bu rayonlarda məktəb var, amma şagird yoxdur

Azərbaycanda şagird sayı az olan rayonlar (şəhərlər) açıqlanıb.

Təhsil Nazirliyinin illik hesabatında bildirilib ki, şagird sayı ən az olan 5 rayon (şəhər) Xocavənd, Şahbuz, Xocalı, Naftalan və Sədərəkdir.

Bu rayonlarda (şəhərlərdə) müvafiq olaraq 2.052, 2.021, 1.536, 1.349 və 1.296 şagird təhsil alır.

Azərbaycanda şagird sayı ən çox olan 5 rayon (şəhər) Sumqayıt, Abşeron, Gəncə, Şəmkir və Lənkəranda müvafiq olaraq 50.616, 47.031, 42.000, 34.148 və 31.179 şagird təhsil alır.

Təhsil alanların sayı ən çox olan rayon Sabunçu (59.088 nəfər), ən az olan isə Sədərək (1.296 nəfər) rayonudur.

Bundan əlavə qeyd olunub ki, Azərbaycanda 7 axşam, 6 qiyabi məktəb və sinif var.

Həmçinin oxuyun

Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

Azərbaycan Jurnalistlər Birliyinin sədri, fəaliyyəti dayanmış “Ayna-Zerkalo” qəzetlərinin sahibi Elçin Şıxlı İctimai Televiziyada fəaliyyətə başlayıb. …

Bir cavab yazın