Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Bu qəzetlərə pul ayrıldı – SİYAHI

Bu qəzetlərə pul ayrıldı – SİYAHI

Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 
Azinforum.az
Fonda istinadən bildirir ki, iclasda Vüqar Səfərli qeyd edib ki, 2019-cu ilin ilk rübündə maliyyə yardımı ayrılmış əksər qəzetlərin fevral-mart aylarında tiraj və yayımla bağlı Fonda təqdim etdikləri hesabatlar onların ikinci rüb üçün elan edilmiş yeni maliyyələşmə şərtlərinə hazır olmadıqlarını göstərib. İcraçı direktor bildirib ki, Fond bu səbəbdən də güzəştli və humanist yanaşma nümayiş etdirərək fevral-mart aylarında tiraj və yayımla bağlı təqdim olunmuş sənədlər əsasında ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edir.
İcraçı direktor bildirib ki, I kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 20000 manat maliyyə yardımının ayrılması təklif olunur.
II kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 10000 manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır.
III kateqoriyaya isə son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin daxil edilməsi və onlara aylıq 5000 manat maliyyə vəsaitinin ayrılması təklif olunur.
Müzakirələrin sonunda 2019-cu ilin II rübündə 25 gündəlik, günaşırı və həftəlik ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib:

 kateqoriya – Gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan)

ictimai-siyasi qəzetlər

Qəzetin AdıAyrılmış aylıq vəsait(manatla)
1.“Bakı-Xəbər” qəzeti20000
2.“Kaspi” qəzeti20000
3.“Yeni Müsavat” qəzeti20000
4.“Səs” qəzeti20000
5.“Yeni Azərbaycan” qəzeti20000
6.“Mövqe” qəzeti20000
7.“Kaspiy” qəzeti20000

II kateqoriya – Günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan)

ictimai-siyasi qəzetlər

Qəzetin AdıAyrılmış aylıq vəsait(manatla)
1.“Həftə İçi” qəzeti10000
2.“Novoye Vremya” qəzeti10000
3.“Azernews” qəzeti10000
4.“525-ci qəzet”10000
5.“Xalq Cəbhəsi” qəzeti10000
6.“Paralel” qəzeti10000
7.“Hürriyyət”10000
8.“Olaylar” qəzeti10000
9.“Palitra” qəzeti10000
     10.“Ədalət” qəzeti10000
11.“Üç nöqtə” qəzeti10000
12.“Azad Azərbaycan” qəzeti10000
13.“Şərq” qəzeti10000

III kateqoriya – Həftəlik ictimai-siyasi qəzetlər

Qəzetin AdıAyrılmış aylıq vəsait(manatla)
1.“Oxu Məni” qəzeti5000
2.“Unikal” qəzeti5000
3.“Hərbi And” qəzeti5000
4.“Türküstan” qəzeti5000
5.“The Business Times” qəzeti5000

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …