Ana səhifə / Media / Bu qəzetlərə maliyyə yardımı ayrıldı – SİYAHI

Bu qəzetlərə maliyyə yardımı ayrıldı – SİYAHI

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 

Mia.az xəbər verir ki, iclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında” Sərəncamına əsasən qəzetlərə maliyyə yardımının ayrılması məsələsinin müzakirəsi.

2. Fondun 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsi və təsdiqi.

3. Cari məsələlər.

Gündəlikdəki birinci məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli son illər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək dəyərləndirib. V.Səfərli ölkə başçısının 16 iyul 2018-ci il tarixli sərəncamı ilə qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımının ayrılmasını çap mediasının üzləşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi diqqətə çəkib.

Sonra məsələ ətrafında müzakirələr başlayıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən – Bəhruz Quliyev, Ramiz Əskər, Əvəz Rüstəmov və Rasim Həsənov dövlət başçısının son sərəncamının mətbuatın problemlərinin həlli baxımından mühüm əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin yekunu olaraq ölkədə uzun illər ərzində fəaliyyət göstərən, ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən 26 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Siyahı aşağıdakı cədvəldə təqdim olunur).

Gündəlikdə olan ikinci məsələ barədə məlumat verən Fondun icraçı direktoru 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə etdiyini bildirib. Yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini deyən Vüqar Səfərli ümumilikdə 112 nəfər jurnalistin mükafatlandırılacağını diqqətə çatdırıb. O bildirib ki, müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafat nəzərdə tutulub.

Sonra müsabiqənin ekspertlər tərəfindən müəyyənləşdirilmiş yekun nəticələri Müşahidə Şurası üzvlərinin müzakirəsinə təqdim edilib. Şura üzvlərindən Ramiz Əskər, Bəhruz Quliyev, Əvəz Rüstəmov və Rasim Həsənov keçirilmiş müsabiqənin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Daha sonra müsabiqənin yekun nəticələri səsə qoyularaq yekdilliklə təsdiq edilib (Qaliblərin siyahısı aşağıdakı ikinci cədvəldə təqdim olunur).

Cari məsələlərin müzakirəsi zamanı V.Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.

Maliyyə vəsaiti ayrılmış qəzetlərin siyahısı

Nəşrin adı

Ayrılmış məbləğ

(AZN)

1. “Azərbaycan” qəzeti

40000.00

2. “Bakinski raboçi” qəzeti

40000.00

3. “Bakı Xəbər” qəzeti

40000.00

4. “525-ci qəzet”

40000.00

5. “Xalq qəzeti”

40000.00

6. “İki sahil” qəzeti

40000.00

7. “Kaspi” qəzeti

40000.00

8. “Kaspiy” qəzeti

40000.00

9. “Mövqe” qəzeti

40000.00

10. “Palitra” qəzeti

40000.00

11. “Respublika” qəzeti

40000.00

12. “Səs” qəzeti

40000.00

13. “Şərq qapısı” qəzeti

40000.00

14. “Yeni Azərbaycan” qəzeti

40000.00

15. “Yeni Müsavat” qəzeti

40000.00

16. “Ekspress” qəzeti

40000.00

17. “Ədalət” qəzeti

40000.00

18. “Olaylar” qəzeti

40000.00

19. “Şərq” qəzeti

40000.00

20. “Bizim yol” qəzeti

40000.00

21. “Xalq Cəbhəsi” qəzeti

33000.00

22. “Həftə içi” qəzeti

33000.00

23. “Azad Azərbaycan” qəzeti

33000.00

24. “Novoye vremya” qəzeti

33000.00

25. “Paralel” qəzeti

33000.00

26. “Üç nöqtə” qəzeti

33000.00

Cəmi:

998000.00

 

Həmçinin oxuyun

Məşhur rusiyalı bloqer avtomobilin altında qaldı – VİDEO

Rusiyalı məşhur bloqer çəkiliş zamanı bədbəxt hadisə ilə üzləşib. Ren TV xəbər verir ki, Xiza …