Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bu il Azərbaycanda 508 qız uşağına Damla adı verilib

Bu il Azərbaycanda 508 qız uşağına Damla adı verilib

Bu ilin altı ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib. Ədliyyə Nazirliyinin məlumatına görə, bu ilin birinci yarısında doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. İlin əvvəlindən 1343 uşağa Yusif adı verilib.

Statistikaya əsasən, oğlan adlarında sonrakı yerləri Əli (1006), Hüseyn (900), Ömər (752), Uğur (694), Məhəmməd (668), Murad (608), Ayxan (489), İbrahim (410) və Tunar (400) tutur.

Bu ilin altı ayı ərzində qız uşaqlarına ən çox Zəhra adı verilib (1256 dəfə). Sonrakı yerlərdə isə Nuray (1015), Zeynəb (760), Məryəm (721), Fatimə (713), Aylin (683), Mələk (653), Dəniz (638), Damla (508), Ayan (494). (azvision)

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın