Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bu il 58 jurnalist qətlə yetirilib

Bu il 58 jurnalist qətlə yetirilib

2017-ci ilin əvvəlindən dünyada 58 jurnalist öldürülüb.

“Ria Novosti” xəbər verir ki, bunu Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Entoni Belanje deyib. Onun sözlərinə görə, yalnız 10 qətlə yetirilən jurnalist barəsində bir cinayət işi açılıb: “Bu çox azdır, bu, böyük problemdir”.

Baş katib qeyd edib ki, çox vaxt qadın jurnalistlər iş zamanı həm cinsi, həm də psixoloji zorakılığa məruz qalır: “Beynəlxalq Jurnalistlər Federasiyası mətbuat işçilərinin təhlükəsizliyinin təminatına dair qanun layihəsi hazırlayıb və dəstək üçün BMT-yə və nüfuzlu ölkələrin rəhbərlərinə müraciət edib”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …