Ana səhifə / Media / Bu gündən televiziya kanalları HD yayıma keçir

Bu gündən televiziya kanalları HD yayıma keçir

Bu gündən “Azerspace-1” peykindən yayımlanan Azərbaycan televiziya kanalları HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçir.

Bu, yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.

Bununla yayım texnologiyası “MPEG-2” sıxlaşdırma metodundan “MPEG-4” sıxlaşdırma metoduna keçiriləcək.

Qeyd edək ki, HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.

Yerli televiziya kanalları HD formatda “Azerspace-1” peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq.

Kanalları HD formata keçirmək üçün video təlimatla (https://youtu.be/C_9AGT63abo) tanış olaq olar:

Həmçinin oxuyun

İcra başçısının həbs etdirmək istədiyi jurnalistlə bağlı məhkəmə qərarı

Sumqayıt Apellyasiya Məhkəməsində jurnalist Cəmil Məmmədlinin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.Bakupost.az -ın əldə etdiyi …