Ana səhifə / Media / Bu gün Ağdamın başçısı ilə jurnalistin məhkəməsi başlanır – Təfərrüat

Bu gün Ağdamın başçısı ilə jurnalistin məhkəməsi başlanır – Təfərrüat

Bu gün Ağdam Rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədovla Palitika.Az-ın baş redaktoru, əslən Ağdamdan olan məcburi köçkün və şəhid qardaşı Xəyyam Salmanzadənin məhkəməsi başlanır

İcra başçısının iddiası əsasında hazırlıq iclası keçiriləcək. R.Məmmədov jurnalistin onun şərəf və ləyaqətini alçaltdığını iddia edir.

Müasir Müsavat Partiyasının Siyasi Şurasının iclasında etdiyi çıxış R.Məmmədovun xoşuna gəlməyib və məhkəmədə iddia qaldırıb.

Baş redaktor qeyd edir ki, MMP-nin keçirdiyi iclasda icra başçısının nəvəsinə 400 min manatlıq villa almasını, şadlıq sarayları və obyektləri olmasını xatırladıb.

Bu da icra başçısı tərəfindən onu şərəf və ləyaqətinin təhqir olunması kimi qiymətləndirilib.

Azmedia.info və başqa saytlarda gedən yazılara istinad edərək partiyadakı çıxışında bu iddiaları səsləndirən X.Salmanzadə hər hansı təhqir və ya ləyaqətin alçaldılması predmeti olmadığını hesab edir.

Azərbaycanda analoqsuz hadisələrdən biri olan bu məhkəmə iddiası azad mediaya məmurların basqılarından biridir.
Təbii ki, prezident “jurnalistlər mənim köməkçilərimdir” deyəndə bəzi məmurlar hürkərək və təşvişə düşərək jurnalistlərə qarşı təzyiqlərə ara verməyə başladılar.

Ağdamın icra başçısı isə başqa saytlarda gedən iddialara görə, baş redaktoru məhkəməyə verib.

Palitika.Az xəbər verir ki, hazırlıq iclası tanışlıq xarakteri daşıyır və işlə bağlı tərəflərin mövqeləri dinlənilir. Növbəti proseslərdə iddiaya baxılacaq və jurnalistlə bağlı hansı qərar çıxarılacağı elan ediləcək.

Prezident dəfələrlə qeyd edib ki, Azərbaycanda internet azaddır. Amma Raqub Məmmədov prezidentin sözlərinin əksinə olaraq məhkəməyə üz tutur.

Müxtəlif saytlarda getmiş informasiyalardır ki, onu çıxışında dilə gətirib. Prezident bildirir ki, Azərbaycanda media azaddır, Raqub Məmmədov isə deyir ki, məndən təhqir yazıblar.

Jurnalistin fikrincə, burda heç bir təhqir elementi yoxdur və icra başçıları özlərini padşah kimi aparıb hökm etməklə məşğuldurlar.

Hətta həmin iddiaların çap olunduğu saytların siyahısını təqdim eləmişdik. Siyahıda 10-dan çox sayt var ki, yazılar hələ də qalır.

Amma Ağdamın icra başçısı həmin yazılara görə saytları yox, X.Salmanzadəni məhkəməyə verib. Nə var ki, həmin iddialar təkrar olaraq partiya iclasında səslənib.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …