Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bu gün 4141 insan qan verib – AÇIQLAMA

Bu gün 4141 insan qan verib – AÇIQLAMA

Aşura günü ilə bağlı Azərbaycanda keçirilən qanvermə aksiyası başa çatıb. Bu barədə Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

O bildirib ki, ölkə üzrə 4141 insan qan verib. İnstitut direktorunun sözlərinə görə, qanvermə aksiyası nəticəsində 1863,3 litr qan toplanıb.

Z. Əlimirzəyeva qeyd edib ki, Bakı şəhərində yığılan qan infeksiyalara görə B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda, regionlarda yığılan qan isə Mərkəzi Qan Bankının rayonlardakı şöbələrində yoxlanılacaq.

Qeyd edək ki, Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyaları ölkənin 15 məscidində keçirilib.(APA)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın