Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bu fotoya görə BBC-nin aparıcısı işdən qovuldu

Bu fotoya görə BBC-nin aparıcısı işdən qovuldu

BBC-nin Britaniya şahzadəsi Harrinin oğlunun dünyaya gəlməsi ilə bağlı xəbəri meymun şəkli ilə paylaşan aparıcısı Deni Beykr işdən çıxarılıb.

Deni Beykr mayın 6-da dünyaya gələn körpəni Tvitter səhifəsində meymun şəkli paylaşaraq təbrik etmişdi. Lakin sosial şəbəkələrdə üzləşdiyi reaksiyalardan sonra o, şəkli silərək üzr istəyib.

BBC-nin bununla bağlı açıqlamasında deyilir: “Bu, təmsil etdiyimiz dəyərlərə uyğun olmayan ciddi bir səhvdir və artıq Denni Beykr BBC-də proqram aparmayacaq”(azərtac).

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …