Ana səhifə / Media / Bu da Baba Rzayevin maxinasiyasıdır

Bu da Baba Rzayevin maxinasiyasıdır

Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparıldı. Artıq dekabrın 1-dən elektrik enerjisinin qiymətinin tənzimlənməsinə start verildi.
Yəni, dekbrın 1-dən əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdiriləcək. Bunun hesablanması ilə bağlı müxtəlif fikirlər səsləndirildi, “Azərenerji” ASC və “Azərişıq”ASC-nin rəsmiləri bildirdilər ki, bu avtomatik hesablanacaq. Avtomatik dedikdə bu qurumların nəyi nəzərdə tutuduqları dəqiq açıqlanmasa da, burada olduqca qaranlıq məqamlar var. Üstəlik, haqlı narazılıqlara yol açan səbəblər var.
Məsələn, vətəndaş dekbrın 1-nə kimi olan rəqəmi bilməli idi ki, sabah aldanmasın. Bu prossesi “Azərenerji” ASC və “Azərişıq”ASC-nin ərazi üzrə nümayəndələri həyata keçirməli idilər. Hər bir abonentə bildiriş verilməli idi ki, sabah hansısa problem yaranmasın. Amma iki gündür biz bunun şahidi olmuruq. Belə çıxır ki, hər bir abonent özü dekbrın 1-nə olan sonuncu rəqəmi bir yerə yazıb saxlamalıdır. Bu isə subut vasitəsi kimi sayıla bilməz.
Bizimxeber.az-a daxil olan məlumata görə, belə bir addımın atılması, abonentlərə sonuncu bildirişlərin verilməsi üçün sahə üzrə mütəxəsislər aidiyyatı qurumlar qarşısında məsələ qaldırıblar. Amma nəticə olaraq ciddi bir qərar olmayıb. Çünki, bu vəziyyət “Azərenerji” və “Azərişıq”rəhbərləri üçün sərfedicidir. Təsəvvür edək ki, 1 milyon obonentə 1 manat artıq pul yazılsa bu 1 milyon manat edir.
Təsəvvür edin ki, vətəndaşa dekabrın 12-də bildiriş göndəriləcək ki, siz 100 -kilovolt enerji istifadə etmisiz. Vətəndaş da təbii ki, bununla razılaşmayacaq və dekabrın 1-nə olan sonuncu rəqəmi istəyəcək. Təbii ki, bu zaman vətəndaşlarla qurumlar arasında haqlı narazılıq yaranacaq. Təbii ki, bu qiymət artımı məsələsində yenə qazananlar olacaq. Odur ki, abonentlər diqqətli olmalı və dekbrın 1-nə olan rəqəmi harasa yazıb saxlamalıdır.

Azinforum.az

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın