Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bu dəfə ata anadan aliment tələb edir – VİDEO

Bu dəfə ata anadan aliment tələb edir – VİDEO

Həyat yoldaşından ayrılan kişinin övladları uşaq evinə düşüb.

Hadisə Daşkəsən sakini Arzu Tağıyevin başına gəlib. Uşaqlar ananın himayəsinə veriləndə kişi etiraz edib. Etirazı nəzərə alınmasa da bir müddət sonra narahatlıqları gerçək olub. Ana övladlarından imtina edərək onları uşaq evinə verib. Bir müddət uşaq evində qalan övladları ata öz himayəsinə götürüb. Ancaq bununla kifayətlənməyən Arzu Tağıyev anaya qarşı aliment tələbi ilə məhkəməyə müraciət edib və iddiası təmin olunub. Sonra qarşı tərəfin iddiası ilə alimentin məbləği azaldılıb. Ancaq ata bu məbləği də ala bilmədiyini deyir.

Keçmiş həyat yoldaşının anası Ceyran Hüseynova isə bildirib ki, alimenti ödəməyə maddi imkanları yoxdur. Qadın iddia edir ki, keçmiş kürəkəninin bu yola əl atmaqda məqsədi uşaqları anasına qaytarmaqdır. Arzu Tağıyev isə bununla razılaşmır, övladlarına yaxşı baxdığını deyir.

Arzu Tağıyev deyir ki, uşaqların anası – keçmiş həyat yoldaşı Gülşən Hüseynova qeyri-rəsmi olaraq başqasına ərə gedib. Pul ödəməmək üçün də heç bir yerdə işlmədiyi bəhanə gətirir. O, yenə də alimentin ödənməsini təmin etmək üçün iş icraçılarını məsuliyyətli olmaga çagırır.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın