Ana səhifə / Media / Boşanmaların sayı rekord həddə çatıb

Boşanmaların sayı rekord həddə çatıb

Azərbaycanda boşanmaların sayı artıb.

2016-cı ildə Azərbaycanda 13 114 boşanma qeydə alınıb. Bu da 2011-ci ildən sonra ən yüksək göstərici sayılır.

Son 6 ildə nikahların sayının ən çox qeydə alındığı 2011-ci ildə 88 145 evlənmə olub. Həmin ildə qeydə alınan boşanmaların sayı 10 747 olmaqla, son 6 ilin ən az göstəricisi qeydə alınıb. 2011-ci ildə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 9,7, boşanmaların sayı 1,2 olub.

2016-cı ildə isə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 6,9-a enib, boşanmaların sayı isə artaraq 1,4-ə yüksəlib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun Trend-ə verdiyi məlumata görə, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması da boşanmaların əsas səbəbləri arasındadır.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın