Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Media / Bölgələrdən gələn maşınların Bakıya girişinə nəzarət gücləndirildi

Bölgələrdən gələn maşınların Bakıya girişinə nəzarət gücləndirildi

Yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının ötən ilki qərarına əsasən, respublikanın digər regionlarının qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə girişi ilə bağlı məhdudiyyət davam edir və məhdudiyyətin tətbiq olunmasına nəzarət sentyabr ayının 15-dən daha da gücləndirilib.

DİN Baş DYP İdarəsindən  verilən məlumata görə, qurum paytaxta gəlmək istəyən digər şəhər və rayon sakinlərinə bir daha tövsiyə edir ki, paytaxta gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt sakinləri isə ötən ilin sentyabr ayının 15-dən Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyətə başlamış sürətli elektrik qatarlarından istifadə etməyə davam etsinlər.

Xatırladırıq ki, Bakı şəhərinə girişi məhdudlaşdırılan nəqliyyat vasitələri üçün şəhərin giriş hissələrində 2015-ci ilin sentyabr ayından hazırlanaraq istifadəyə verilmiş və hər bir lazımi şəraitlə təzhiz olunmuş mühafizə olunan ödənişsiz duracaqlar təşkil edilib ki, sakinlər həmin duracaqlarda öz avtomobillərini saxlamaqla xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə, habelə taksi xidmətlərindən istifadə edə bilərlər.

Tətbiq ediən məhdudiyyət müddəti hər il mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək isə səhər saat 07:30-dan axşam saat 20:00-dəkdir.

Xahiş edirik ki, yollarda nəqliyyat sıxlığının yaranmaması, eləcə də rahat və fasiləsiz hərəkətin təmin olunması üçün tətbiq olunan məhdudiyyətə ciddi riayət edəsiniz. Virtualaz.org

Həmçinin oxuyun

“İnkişafımızı inkar etməyə çalışırlar” – Əli Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə (KİVDF) Azərbaycan …

Bir cavab yazın