Ana səhifə / Media / Böcəkli kolbasaları kim satır? – Siyahı

Böcəkli kolbasaları kim satır? – Siyahı

Bakıda bir müddət əvvəl istehsalı qadağan olunmuş “Baranina” kolbasası hələ də satışdadır.

Axar.az-ın əldə etdiyi xəbərdə bildirilir ki, “Kristal CF” əmtəə nişanlı bu kolbasa məhsulları ticarət məntəqələrindən yığışdırılmayıb. Supermarket şəbəkələrində adıçəkilən məhsulu yenə vitrində görmək olar.

“Orxan-SS” firmasının bu məhsulları “halal” sözü ilə markalanmışdı. Ancaq tərkibində donuz əti və piyi aşkar edildiyi üçün “Baranina” kolbasasını istehsal edən firmaya sertifikat verilməmişdi. Buna baxmayaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qadağan etdiyi kolbasa əhaliyə satılmaqda davam edir.

Xatırladaq ki, “Baranina”, “Krakovskaya”, “Servelat Xəzər”, “Kristal həvəskar”, “Ukrainskaya kopçennaya” kolbasaları və “Təndir” sosiskası da satışdan yığışdırılmalı idi. Əhalini ən çox narahat edən və ekspertlərin də tez-tez dilə gətirdiyi problemlərdən biri məhz kolbasaların tərkibidir ki, aktual olaraq qalmaqdadır. Hətta bildirilirdi ki, “Kristal CF” kolbasa firmasının istehsal etdiyi məhsullardan inqridentlər çıxıb. Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanır.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın