Bazar , Noyabr 29 2020
Ana səhifə / Media / BMT jurnalistin qətli ilə bağlı çağırış edib

BMT jurnalistin qətli ilə bağlı çağırış edib

Səudiyyəli jurnalist Camal Kaşoqinin ölümündən kədərliyini bildirən BMT-nin baş katibi Antonio Quttereş cinayətlə bağlı sürətli, əhatəli və şəffaf istintaqın aparılmasına çağırış edib.
Bu barədə BMT baş katibinin yazılı açıqlamasında bildirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, orada bir neçə nəfər arasında münaqişə yaranıb və dava jurnalistin ölümünə səbəb olub. Baş prokuror hazırda faktla bağlı aradırmanın aparıldığını, cinayət işi üzrə 18 Səudiyyə vətəndaşının istintaqa cəlb olunduğunu açıqlayıb.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. (AzVision.az )

Həmçinin oxuyun

“Gəncə və Bərdədə gördüyümüz səhnələr dəhşətli idi” – Fransalı jurnalist

Döyüş zonasından uzaqda yerləşən Bərdə bazarına kasetli bombalarla hücum edilmişdi. Bu, dəhşət idi, bomba heç …