Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bloqqeri döyən şəxslər saxlanıldı – Bakıda

Bloqqeri döyən şəxslər saxlanıldı – Bakıda

Bakı polisi bloqqer Dəyanət Babayevə qarşı fiziki təzyiq göstərək xəsarət yetirən şəxsləri keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsinə müəyyənləşdirib.

Bu barədə D.Babayev sosial şəbəkə hesabında məlumat verib. 

“Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının bayram günlərində həyata keçirdiyi tədbirlər nəticəsində həmin şəxsləri yaxalayaraq,təhqiqat-araşdırmalarına cəlb edib. Hazırda müvafiq polis orqanında araşdırmalar davam etdirilir”, – Babayev Feysbukda qeyd edib. 

D.Babayevin sözlərinə görə, təzyiqə məruz qalması peşə fəaliyyəti ilə bağlı olmayıb: “Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat verəcəyəm, təzyiqə məruz qalmağım peşə fəaliyyətimlə bağlı deyil, mənə məlum olmayan səbəblərdən yaranan anlaşılmazlıq ucbatından hücuma məruz qalmışam. Bütün bunlar araşdırmanının nəticəsində məlum olacaqdır. Bir daha Azərbaycan Polisinə təşəkkür edirəm”.

Bloqqeri döyən şəxslər saxlanıldı- Bakıda

Unikal.org

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …