Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / “Bizim Yol” qəzeti fəaliyyətini dayandırıb

“Bizim Yol” qəzeti fəaliyyətini dayandırıb

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bahəddin Həziyev rəhbərlik etdiyi “Bizim Yol” qəzetinin fəaliyyətini dayandırıb.

O, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

Baş redaktor qeyd edib ki, “Bizim Yol” qəzetinin çap versiyası dayandırılsa da, onlayn versiyada davam edəcəklər.

Xatırladaq ki, KİVDF Müşahidə Şurasının bu gün keçirilən toplantısında qəzetlərin maliyyələşdirilməsinin yeni qaydaları müəyyənləşdirilib. 

Yeni qaydalarla tanışlıqdan məlum olur ki, 2019-cu ilin ikinci rübündən etibarən, yalnız tirajı 5 min nüsxə, satış tirajı isə 2 min nüsxədən az olmayan qəzetlər KİVDF-dən maliyyə yardımı ala biləcəklər.

Şərtlərin belə ağırlaşdırılmasından sonra bir sıra qəzetlər ikinci yarımilliyi gözləmədən indidən KİVDF-dən keçmiş layihələrini dayandırıblar.

Həmçinin oxuyun

Azərbaycanla bağlı qərəzli xəbər yayan “Amerikanın səsi” üzr istədi

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən …