Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Media / Bir qrup şəxs Mirşahin Ağayevi məhkəməyə verir

Bir qrup şəxs Mirşahin Ağayevi məhkəməyə verir

“’Peşəkar jurnalist bilməlidir ki, konstitusiyada, qanunlarda təqsirsizlik prezumpsiyası deyilən anlayış var”.

“Yeni Sabah” xəbər verir ki, Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən bir qrupunun valideyni “Real TV”nin rəhbəri Mirşahin Ağayevi məhkəməyə verəcəyini bildirir. Elmir Hüseynzadənin anası Sevinc Hüseynova deyib ki, onun övladı haqqında nəinki qanuni qüvvəyə minmiş hökm, ümumiyyətlə, hökm yoxdur hələ. “Kim ixtiyar verib ki, onlar terrorçu kimi təqdim olunsun? Peşəkar jurnalist bilməlidir ki, konstitusiyada, qanunlarda təqsirsizlik prezumpsiyası deyilən anlayış var. İkincisi, ümumiləşdirmə yolverilməzdir”, – deyə S.Hüseynova Meydan TV-yə bildirib.

Onun sözlərinə görə, iddia ərizəsinin hazırlanması üçün artıq vəkilə müraciət ediblər. “Real TV”də yayımlanan “Mirşahinin vaxtı” proqramında Gəncə hadisələri təhlil olunarkən orada baş verənlərin xüsusi hazırlanmış terror aktı olduğu bildirilib. Valideynlər isə övladlarının terrorçu kimi təqdim olunmasına etiraz edir.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəsini həyata keçirən Qasım Aşpazova silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları da olayı terror aktı kimi qiymətləndirib.

İddia olunur ki, Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə İcra Hakimiyyətinin binası qarşısında keçirilən aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər. Onları qətlə yetirən Rəşad Böyükkişiyevin özü də bir gün sonra öldürülüb. Gəncə hadisələri ilə əlaqədar 80-ə qədər adam həbs olunub.

Həmçinin oxuyun

6 milyon zərəri olan “Azərbaycan” nəşriyyatı özəlləşdiriləcək? – “Buranı bağlatdırmaq istəyirsən?”

“Azərbaycan” nəşriyyatı 2018-ci ildə də zərərlə işləyib və yığılmış zərəri 6 milyon 99 min manata …