Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Bir Azərbaycan mənzərəsi… – FOTO

Bir Azərbaycan mənzərəsi… – FOTO

Ön plandakı daxmada Füzulidən qaçqın düşmüş ailə məskunlaşıb. Arxa plandakı villa, Allah bilir, kimindir. Biz vətəndaşımızın pis durumda olmasına acıdığımız qədər, yaxşı yaşamasına da sevinirik. Amma hər halda, bu cür kontrast – ziddiyyət təşkil edən ortamda o villada yaşamaq xoş duyğu yaşatmaz insanda… Rahatlıq, huzur verməz.

Fotonu oktyabrın 29-da Bakının Nizami rayonu ərazisində çəkdim. Xüsusi bir məqsəd yoxdur, bu məsələdə… Sadəcə olaraq, o məhləyə yolumuz düşmüşdü, rastlaşdığımız mənzərəni fotokameranın yaddaşına köçürüb, ictimailəşdirməyi lazım bildik. Bəlkə o insanlara bir faydası dəyər düşüncəsi ilə etdik bunu… Bəlkə bu foto hansısa dövlət qurumunun diqqətini çəkər, yaşamaq üçün minimum şərait olmayan yarımçıq tikililərdən çıxarıb, normal mənzillərə köçürərlər ordakı ailələri…

Əbülfəz Elçibəy iqtidarı dönəmində Nizami rayonu ərazisində ARDNŞ-ın işçiləri üçün nəzərdə tutulan yaşayış binaları 4 iyun 1993-cü il qiyamı səbəbilə yarımçıq qaldı. Elə həmin ilin payızında Qarabağda bir-birinin ardınca rayonlar ermənilər tərəfindən işğal edildi. O bölgənin əhalisi ətraf rayonlara, o cümlədən də Bakıya üz tutdu. Qaçqın və məcburi köçkünlər Bakıda tikilməkdə olan binalarda məskunlaşdılar. 23 ildir ki, o yarımçıq binalarda yaşayır, məcburi köçkünlər…

Ölkəyə təkcə son 10 ildə 100 milyarddan çox neft pulları daxil olub. Amma bu milyardlar yarımçıq binalarda yarımçıq qalmış taleli insanların həyatını dəyişmədi.

Təəssüf…

Musavat.com

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın