Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Media / Binali Yıldırım azərbaycanlılara məxsus “Haber Global” kanalında (VİDEO)

Binali Yıldırım azərbaycanlılara məxsus “Haber Global” kanalında (VİDEO)

Türkiyədə bələdiyyə seçkilərində İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədliyini irəli sürən Binali Yıldırım “Haber Global” kanalının qonağı olub.

BAKU.WS xəbər verir ki, Azərbaycanın “Global Media” media holdinqinin tərkibində olan “Haber Global” adlı kanalda çıxış edən Binali Yıldırım İstanbulda görüləcək işlərdən, həyata keçirmək istədikləri layihələrdən söz açıb.

İstanbula turist axınını artırmaq üçün bir sıra layihələrin həyata keçirilməsinin hədəflədiyini qeyd edən B.Yıldırım bütün sahələrdə inkişaf olması üçün çalışacaqlarını söyləyib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Seçkidə 13 siyasi partiya iştirak edəcək. Hakim AKP və Milliyətçi Hərəkat Partiyası “Cümhur İttifaqı” formasında seçkiyə qatılacaq. Ana müxalifət sayılan CHP və digər müxalif partiyalar isə “Millət İttifaqı” birliyi ilə mübarizə aparacaqlar.


Həmçinin oxuyun

Zəngilanın işğaldan azad olunması xəbərini sevinc göz yaşları ilə təqdim etdi – Video

Azərbaycanlı teleaparıcı Zəngilanın işğaldan azad olunması xəbərini verərkən sevinc göz yaşlarına hakim ola bilməyib. Həmin …