Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Media / Binaların yeni üzlükləri belə olacaq

Binaların yeni üzlükləri belə olacaq

Təmir-bərpa işlərinin yekunlaşması gələn ayın 5-nə nəzərdə tutulub

Üzlükləri sökülən binalar yeni görkəm alır. Bəzilərinin fasadı boyanır, bəziləri isə yeni odadavamlı materialla üzlənir.

ANS TV-nin məlumatına görə, paytaxt ərazisindəki binaların fasadları betopanla – xüsusi üzlüklərlə üzləniləcək. Betopanın tərkibi gips və mərmər tozundan ibarətdir.

Onlar bir sıra xarici ölkələrədə istifadə olunmaqdadır. Bakıda bu işə ilk olaraq Nərimanov rayonunda start verilib. İşlər artıq bir həftədir ki, davam edir.

“Burada görülən işlər gələn ayın 5-dək yekunlaşacaq. Binanın fasadının ön hissələri betopanla üzlənir. Betopan yanmaya, suya və günəşə qarşı davamlıdır. Eyni zamanda betopan ekspertizadan da keçib. Buna görə də məhz binalar bu üzlüklə üzləməyə start vermişik”, – deyə iş icracısı İlqar Əliyev bildirib.

Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Sadıqzadə bildirib ki, artıq rayon ərazisində 20-yə yaxın binanın fasadı bu cür üzlüklərlə örtülməkdədir: “Ayın 22-dən etibarən işlərə başlanılıb. FHN-in qərarına əsasən binalar betopan, xüsusi üzlüklə üzlənir. Qısa müddət ərzində binalar üzlənərək sakinlərin istifadəsinə təhvil veriləcək”.

Rayon ərazisində elə binalar da var ki, həmin yaşayış evlərinin fasadı boya ilə rənglənəcək. Demək olar ki, həmin binalarda da işlərə başlanılıb. Heydər Əliyev prospektinin kənarlarına göz gəzdirmək yetər ki, aparılan işləri görmək mümkün olsun.

Həmçinin oxuyun

“İsa Qəmbərin mövqeyi etik qaydaya sığmırdı” – Yadigar Sadıqlı

Müsavat Partiyasının IX qurultayında başqanlığa namizədliyini irəli sürən, qurultaydan sonra açıqlama və fikirləri ilə diqqət …

Bir cavab yazın