Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Binəqədidə məktəbliləri gözləyən təhlükə valideyinləri ayağa qaldırdı – VİDEO

Binəqədidə məktəbliləri gözləyən təhlükə valideyinləri ayağa qaldırdı – VİDEO

Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Paşadadaşov küçəsində, nəqliyyatın intensiv hərəkət etdiyi yolun üzərində illərdir hasarlanan ərazi sakinləri cana yığıb. İşlək vəziyyətdə olmayan obyektin içərisində nə olduğunu və bu illər ərzində onun hansı səbəbdən saxlandığını dəqiq bilən yoxdur.

Musavat.com-un müxbiri adıçəkilən küçədə olub, ətrafdakı binalarda yaşayan sakinlərin gileyini dinləyib.

Problemi qəlizləşdirən məqam isə bu obyektin gəli-gedişin ən aktiv olduğu səkinin üzərində yerləşməsidir. Obyekt səkini zəbt etdiyindən insanlar nəqliyyatın intensive hərəkət etdiyi magistral yola çıxmalı olurlar.

Ən təhlükəli məqam isə odur ki, bötyük bir ərazini əhatə edən bu istifadəsiz obyekt qəsəbədəki 3 orta məktəbin yolunu kəsir. Hər gün bu məktəbə gedən yüzlərlə şagird səki olmadığından magistral yola çıxmalı olurlar.

Uşaqlar bu təhlükənin fərqində olmasalar da, valideyinlər narahatlıq içindədir. Uşaqlar məktəbə gedərkən nəqliyyatın intensiv hərəkət etdiyi yola çıxmağa məcbur qalırlar. Obyetkin bir tərəfi səkidən kənarda yerləşsə də, bir hissəsi səkini zəbt edir. Obyektin ətrafındakı hasarla asphalt arasındakı məsafə o qədər dardır ki, iki nəfərin yanaşı getməsi mümkün deyil. Yuxarı sinif şagirdləri üçün bu o qədər də təhlükəli hesab olunmasa da, ibtidai sininf şagirdləri üçün olduqca təhlükəlidir.

Valideynlər deyir ki, məhz bu səbəbdən hər gün uşaqları məktəbə özləri aparırlar. Çəkiliş zamanı bu yoldan hərəkət edən nabələd insanların da burada çətinliklə keçdiklərinin şahidi olduq.

Sakinlər bizimlə söhbətində bu durumdan narahat olduqlarını bildirdilər: “ İbrahim Paşadadaşov küçəsində 4-5 ildir ki, vəziyyət belədir. Gördüyünüz kimi ATS-in qarşısı hasarlanıb, gediş-gəlişə mane olur. Nə qədər abadlıq işləri aparsalar da, bunu görməzdən gəlirlər. Dəfələrlə Rabitə Nazirliyinə də zəng edib, bu barədə şikayətimizi bildirmişik. Cavab veriblər ki, hasarlanan ərazi bizə aid deyil”.

Məsələ ilə bağlı sözügedən ATS-in binasına baş çəkib, onların da fikirini aldıq. Mühafizəçilər məsul şəxslə görüşməyə imkan verməslər də, həmin ərazinin onlara aid olmadığını, başqa bir şirkətə məxsus olduğunu dedilər.

Daha bir sakin isə hasarlanan ərazinin türkiyəli iş adamlarına məxsus şirkətlərinin birinə aid olduğunu bildirdi: “6 ildir ki, bu obyekt buradadır. Əvvəl bu ərazidə onlarla yaşıl ağac var idi. Hamısını kəsib, yerində bunu tikdilər. Hasarlanan ərazi nəqliyyatın və insanların intensiv hətəkət etdiyi yol kəsişməsinin üzərində yerləşdiyindən gediş-gəlişə əngəl yaradır. Bu ərazidən 150 metr məsafədə yerləşən 3 məktəbin şagirdləri də məcbur qalıb, asfalt yolla hərəkət edirlər. Məmulata görə, rayon icra hakimiyyəti bu yeri bir türk şirkətinə icarəyə verib. Həmin firma artıq işləməsə də, hasarlar sökülmür. Hasarlanan ərazidə tikinti aparılması nəzərdə tutulur”.

Şagirdlər isə bu yolda dəfələrlə qəza vəziyyəti ilə üzləşdiklərini deyirlər: “Məktəbdən evə gələndə qarşıdan gələn maşınlar bizi görmür. Çünki hündür hasarlar onların qarşısını kəsir. Elə sürücü var ki, yolu tanımadığından sürətlə obyektin qarşısına çıxır. Bu zaman təhlükə ilə qarşılaşırıq. Bir dəfə dostlarımla məktəbdən qayıdanda başımız söhbətə necə qarışmışdısa yolu yaddan çıxarmışıq. Bir jiquli az qalsın üstümüzə çıxacaqdı, bizi dəmir hasara sıxışdırdı. Elə buna görə, qonşularımızın birinci sinifdə oxuyan uşaqlarını bu yoldan biz keçiririk. Bu ərazi həm də bizim istirahət yerimiz idi. Burada kölgədə dayanıb nəfəsimizi dərib, yola davam edirdik”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın