Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Binə Çörək Zavodu çörəyin qiymətini qaldırdı

Binə Çörək Zavodu çörəyin qiymətini qaldırdı

Binə Çörək Zavoduna məxsus çörəyin qiyməti 10 qəpik artıb.
Bu barədə aznews.az-a Binə sakinləri məlumat verib. Sakinlər Binə ərazisində sözügedən zavoda məxsus çörəklərin 50 qəpiyə satıldığını bildiriblər. Məlumata görə, əvvəl çörəyin qiyməti 40 qəpik olduğu halda, bu gündən etibarən qiymət bahalaşıb.
Mağaza sahiblərinin aznews.az-a verdikləri məlumata görə, çörəyin qiymətini Binə Çörək Zavodu artırıb. Zavod çörəyi əvvəl dükanlara 36 qəpikdən satırdısa, bu gündən etibarən 46 qəpiyə qaldırıb. Dükanlar da 46 qəpiyə aldıqları çörəyi 50 qəpiyə satırlar.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın