Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bezdirici SMS-lərdən necə xilas olaq? – VİDEO

Bezdirici SMS-lərdən necə xilas olaq? – VİDEO

Sevgi, pəhriz və sair xidmət və malların reklamları. Hər gün mobil telefon istifadəçilərinə çoxlu sayda belə mesaj gəlir. Hansı ki, bütün bunlar istifadəçinin istəyi olmadan edilir. Səhvən hansısa düyməni basdıqda isə bu nəyinki insanların əsəbləşməsinə, həm də cibinə öz təsirini gösdtərir. Bezdirici mesajlar hətta Milli Məclis səviyyəsində belə müzakirə olunmuşdu. Bəs görəsən bu tip mesajlardan xilas olmağın yolu nədir?
Onlar mobil telefonlarına gələn bezdirici SMS-lərdən şikayətlənirlər. Telefonlara gələn mesajlarda müəyyən mal və xidmətlərin reklamı ilə yanaşı sevgi mesajlarına abunə ol kimi smslər də kifayət qədər çox olur.
Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov deyir ki, vətəndaşlar mobil operatorlarla müqavilə imzalayarakən daha diqqətli olmalıdırlar. Çünki, həmin müqavilədə mobil operatorlar reklam xarakterli smslərin göndərilməsi ilə bağlı məlumatları qeyd edirlər.
Ekspertlər isə bildirirlər ki, belə mesajlar xüsusi şirkətlər vasitəsilə göndərilir. Yəni, həmin şirkətlər mobil operatorlarla müqavilə imzalayaraq fəaliyyət göstərirlər.SMS-lərdən gələn gəlir isə şirkət arasında bərabər bölünür.
Müqavilədə reklam xarakterli mesajların göndərilməsi ilə bağlı bənd yoxdursa və mesajlar göndərilirsə vətəndaş haqqlarını hüquqi müstəvidə təmin edə bilər. Diqqət çəkən bir məqamda göndərilən mesajlarda istifadəçinin yaşı kimi məsələlərin nəzərə alınmamasıdır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın