Bakı Beynəlxalq Avtovağzalından 28-29-30-31 dekabr tarixlərində 1957 reyslə 51 349 sərnişin daşınıb.
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı məlumat verib.
Onun sözlərinə görə, ən çox sərnişin sayı 30 dekabr tarixində müşahidə olunub:
“Dekabr ayının 30-da Bakı Beynəlxalq Avtovağzalında 608 reyslə 16 525 sərnişin daşınması həyata keçirilib”, – deyə Ş.mehmanqızı bildirib.