Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Media / Beyləqandakı idarə müdirinin cibində 20 plastik kart nə gəzir?

Beyləqandakı idarə müdirinin cibində 20 plastik kart nə gəzir?

“Beyləqan rayon Yaşıllaşdırma İdarəsinin müdiri Əliyar Həsənov həmin vəzifəyə rüşvət verərək təyin edilib”.

Belə bir iddia ilə çıxış edən mənbə AFN-ə Ə.Həsənovla bağlı bir sıra ciddi ittihamlar da səsləndirib. “İdarə müdirinin təmsil olunduğu sahə ilə bağlı nə idarəçilik təcrübəsi, nə də bacarığı yoxdur” deyən mənbənin sözlərinə görə, o, bü vəzifəyə gəlmək üçün müəyyən məbləğdə  rüşvət verib:

“İşinin öhdəsindən gələ bilmir, amma rayonda havadarları var, onların hesabına vəzifədə qala bilir. 20-yə yaxın işçinin plastik kartı onun cibindədir. Həmin adamların adları işdə gedir, amma kartları Əliyar Həsənovdadır, maaşlarını o alır. Beyləqan şəhəri ərazi icra nümayəndəsi Bakir Balakişiyev də ona bütün qanunazidd əməllərində ortaqlıq edir. Şəhər ərazisindəki partklarda, yaşıllıq ərazilərdə fəaliyyət göstərən bütün obyektlərdən “haqq” alırlar. Bütün bunların qarşılığında isə rayonda heç bir yaşıllaşdırma tədbirləri görülmür, əksinə o gələndən bəri olan-qalan yaşıllıqların məhv edilməsi daha da çoxalıb”.

Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Həmçinin oxuyun

Tanınmış jurnalistə AĞIR İTKİ

Hazırda Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlunun anası vəfat edib.  Bu barədə jurnalist özü sosial …

Bir cavab yazın