Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Beyləqanda məmur çəkişməsi – İDDİA

Beyləqanda məmur çəkişməsi – İDDİA

Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev haqda müntəzəm olaraq mediada məlumatlar yayılır. Bir qayda olaraq başçı üçün vacib olan informasiyalar mətbuata sızdırılır. Ən son 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində yayılan məlumatda bildirirlirdi ki, V.Abdullayev rayonda işləyən tibb işçilərini savadsızlıqda, iynə vura bilməməkdə ittiham edib. Bayram münasibətilə keçirilən tədbirdə başçının həkimi danlayaraq, “sən yaxşı iynə vura bilsən Təhsil Şöbəsinin müdirinin bədəni gömgöy olmaz” deməsi ciddi ajiotaja səbəb olmuşdu. Bundan başqa, V.Abdullayevin şəxsi biznesi, ailə üzvlərinin var-dövləti haqda məlumatlar da zaman-zaman yayılır.
Daxil olan son məlumatda iddia edilir ki, həmin məlumatları mediaya başçının birinci müavini Telman Məstanov ötürür. Əslən Beyləqandan olan, hazırda Bakıdakı idarələrdən birində məmur işləyən və bu səbəbdən də adının çəkilməsini istəməyən həmsöhbətimiz bildirir ki, ümumiyyətlə T.Məstanov V.Abdullayevlə əhali arasında sədd yaradıb: “Başçının qəbuluna girmək istəyənlərə görüş üçün şərait yaratmır, insanları rayon rəhbərliyindən narazı salır. Vaqif Abdullayevin adından idarə və müəssisələrdən pul yığır. Əslində bəlkə də Vaqif Abdullayev yaxşı başçıdır, amma Telman Məstanovun fəaliyyəti nəticəsində laqeyd rəhbər kimi tanınıb. Çox maraqlıdır ki, Vaqif müəllim ona çox etibar edir. Görünür, əməllərindən xəbərdar deyil”.
Həmsöhbətimiz deyir ki, T.Məstanov media ilə əlaqələrə cavabdeh şəxs olsa da, bu istiqamətdə də düzgün iş aparmır: “Elə gün olmur ki, Vaqif Abdullayevlə, rayonla bağlı hansısa tənqidi yazı dərc edilməsin. Bunun da səbəbkarı, bəzi hallarda isə təşkilatçısı birinci müavindir”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
AFN

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın