Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Media / Beyləqan xəstəxanasında döyülən jurnalist danışdı-Video

Beyləqan xəstəxanasında döyülən jurnalist danışdı-Video

Məlum olduğu kimi, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının önündə vətəndaşların incidilməsilə bağlı reportaj hazırlayan jurnalist, RealMedia.az saytının rəhbəri Ramin Məhəmmədoğlu həmin xəstəxananın daxili mühafizəçiləri tərəfindən döyülüb. Jurnalist KİV-ə açıqlamasında bildirib ki, əvvəl mühafizə ondan çəkilişi dayandırmağı tələb edib: “Mən öz peşə fəaliyətimlə məşğul olduğumu dedim. Əlimdən telefonların alıb, çəkilişləri silmək istədilər. Mən vermədim. 3-4 nəfər mühafizəçi məni bərk döyüb, xəsarət yetirdilər. Telefonumu isə sındırdılar. Hazırda Məhkəmə Tibbi Ekspertizası mənə yetirilən xəsarətlə bağlı rəy hazırlayır. Bu hərəkəti jurnalist fəaliyyətimə qarşı qanunsuz müdaxilə sayıram və hüquq – mühafizə orqanlarından məsələnin araşdırılaraq, günahkarların məsuliyyətə cəlb edilməsini tələb edirəm”.

Məsələ burasındadır ki, sayt rəhbəri təşkilati-hüquqi formasına görə publik hüquqi şəxs olan və TƏBİB-in tabeçiliyində fəaliyyət göstərən Beyləqan Rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlardan, baş həkim Nurəngiz Bəşirovanın rəvac verdiyi neqativ hallardan xəbəri olsa da, həmin gün məqsədi xəstə qızını həkimə göstərmək imiş. Övladı ilə bağlı narahatlıq keçirən həyat yoldaşı da onları müşayiət edirmiş. Nəticə də bu olub ki, ailə başçısının döyülməsinin şahidi olan qızla gəlin özləri də biqeyrət mühafizəçilərin təpkisinə məruz qalıb və onsuz da qeyri-qənaətbəxş olan səhhət durumları daha da ağırlaşıb.“Daxili mühafizəçilər” dedikdə, heç də o cür başa düşülməsin ki, mühafizə polisinin bir-iki əməkdaşı nəzərdə tutulur. Əsla yox. Söhbət Nurəngiz Bəşirovanın həmyerliləri olan bir düjin xocavəndli qoluzorlu, peysəriyoğun gədə-güdədən gedir. Ləyaqətli beyləqanlı gənclər işsiz avara qaldıqları halda baş həkimin öz simsarlarını başına yığması həm təəccüb, həm haqlı suallar, həm də yerli camçaatda nifrət doğurur. Qadın-uşaq, cavan-qoca, abır-həya nə olduğunu bilməyən, sözün həqiqi mənasında kişilikdən xəbəri olmayan bu qoçu dəstəsi xəstəxanaya gələn pasientləri sanki zombi hesab edərək, dəmir barmaqlıqlar arxasında saxlayıb içəri buraxmır. O üzdən xəstəhal adamlar isti havada günün altında ayaq üstə qalır, əziyyət çəkirlər. Əgər məqsəd pandemiyaya görə sıxlıq yaranmasının qarşısını almaqdırsa, onsuz da içəri keçməyə can atan adamlar xəstəxananın həyətinin giriş qapısının önündə az qala nəfəs-nəfəsə dayanırlar. Bakıda Milli Onkologiya Mərkəzində, Qanköçürmə İnstitutunda belə vəziyyətə rast gəlmək olmaz. Aydın müşahidə olunur ki, mühafizəçilərə hətta heç pasientləri növbəli siyahıya alıb bir-bir içəri buraxmaq tapşırığı da verilməyib. Baş həkimə sözü-iradı olan adam onu yalnız maşınının altına özünü atmaq, ölümü gözə almaq yolu ilə haqlaya bilər. Elə ki kabinetinə keçdi, vəssalam, əlçatmaz olur. Nurəngiz Bəşirovanın qurduğu “Ohanyan xətti” xəstəxananı penitensiar xidmətin tibb müəssisəsi ilə müqayisə etməyə imkan verir.Zərərçəkən R.Məhəmmədoğlu əlavə olaraq bildirib ki, hətta insident yerinə gələn polis özü belə xəstəxananın həyətinə daxil olsa da, binanın içinə girə bilməyib.Xatırladaq ki, 2016-cı ildə bu cinayət əməlinə görə, hətta Ağcabədi rayon prokurorluğunda R. Bəşirovaya cinayət işi açılıb, o, baş həkim vəzifəsindən 2 dəfə azad olunub. Lakin barəsində açılmış cinayət işinin ləğv olunmasına nail olub. Cinayət məcəlləsinin 179.2.3 və 313 maddələri ilə təqsirləndirilən Nürəngiz Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə ittiham edilirdi.Rayon əhalisinin yüksək dövlət orqanlarına göndərdiyi çoxsaylı şikayət materiallarında Xocavənd xəstəxanada qanunları kobud şəkildə pozmaqda və rüşvətxorluqda ittiham olunan sabiq direktor Ruhəngiz Bəşirova Xocavənd səhiyyə rəhbərliyindən Beyləqan rayon xəstəxanasının direktoru vəzifəsinə gətirilməsi ölkədə, Xocavənddə və Beyləqanda geniş rezonans doğurdu. Beyləqan mərkəzi xəstəxanasının direktoru vəzifəsini ələ keçirən korrupsioner Ruhəngiz Bəşirova əvvəl direktor işlədiyi, lakin rayon sakinlərinin şikayətlərinin təzyiqilə tərk etməyə məcbur olduğu Xocavənd xəstəxanasını da əlində saxlamağı bacara bilib. Bu haqda bir qədər sinra yazacağıq.Beləliklə, Oqtay Şirəliyevin səhiyyə naziri vəzifəsindən getməsi, Ramin Bayramlının TƏBİB sədri postundan kənarlaşması Nurəngiz Bəşirovanın “tükünü belə tərpətmədi”. Bu da on un arxasında dayanan  güclü əlin olmasından xəbər verir.Artıq Allah özü də Nurəngizin insanlara yaşatdığı məşəqqətlərə görə ona Əzrayılla mesaj göndərib. Bildirilir ki, baş həkim evdə bəhməz bişirərkən odun üstündə olan qaynar qazana düşüb və ehtiyatsızlıqdan əndamını yandırıb. Amma görünən odur ki, özünə qoyulmayıb. Daha böyük cəza lazımdır.P.S. Beyləqan rayon mərkəzi xəstəxanasında yaradılmış vəziyyətlə bağlı, o cümlədən də Nürəngiz Bəşirovanın ayrı-ayrı qanunsuz əmələri barədə yazılarımız müntəzəm olaraq davam edəcək.

 Ramin Məhəmmədoğlu

Həmçinin oxuyun

AzTV Fazil Mustafaya cavab verdi: Zəhmət çəkib gündə ən azı 1 saatını sərf edib kanala baxsın

Azərbaycan Televiziyası​ Milli Məclisin deputatı Fazil Mustafanın AzTV haqda tənqidi fikirlərinə münasibət bildirib. Məlumatda deyilir: …