Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Benzin və dizellə işləyən avtomobillərin satışına qadağa qoyulacaq- Gözlənilməz

Benzin və dizellə işləyən avtomobillərin satışına qadağa qoyulacaq- Gözlənilməz

Hava çirklənməsi ölkədə il ərzində 50 min insanın erkən ölümünə səbəb olur…

2040-cı ildən ölkədə benzin, yaxud dizel yanacağıyla işləyən  avtomobillərin satışına qadağa qoyulacağı planlaşdırılır.
Moderator.az -ın rus versiyası “Times” nəşrinə istinadla yazır ki, söhbət Böyük Britaniyadan gedir. Bir qədər öncə Londonun meri Sadik Xan avtomobillərini daha  ekoloji mühərrikli maşınlara dəyişmələri üçün  dizellə çalışan  avtomobil sahiblərinə 3,5 min funt sterlinq ödənilməsini təklif etmişdi.
Nəşr yazır ki, yeni tədbir havanın keyfiyyətinin yaxşılaşdırılması üzrə hökumət strategiyasının tərkib hissəsidir. Bu barədə rəsmi açıqlamanın çərşənbə günü veriləcəyi gözlənilir.  Yerli hökumətlərin avtomobillərdən azot dioksid tullantılarının havaya buraxılması ilə mübarizəsinə dəstək vermək üçün büdcədən  255 mlrd. funt ayrılacaq.
Britaniya hökumətinin araşdırmalarına görə,   hava çirklənməsi il ərzində 50 min insanın erkən ölümünə səbəb olur. Çirklənmənin nəticələri dövlət büdcəsinə hər il 27, 5 mlrd. funt sterlinqə başa gəlir. Ölkədə dizel avtomobillərinin satışının stimullaşdırılmasına karbon dioksidin planetdə qlobal istiləşməyə təsir göstərən ən təhlükəli tullantı kimi qəbul edilməsindən sonra başlanılıb. Hazırda isə alimlər və  hökumət rəsmiləri avtomobillərdən azot dioksid tullantlarının həddindən çox  böyük həcmdə buraxılmasından narahatdırlar.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın