Çərşənbə axşamı , Oktyabr 3 2023
Ana səhifə / Media / BBC Mətbuat Şurasına cavab verdi

BBC Mətbuat Şurasına cavab verdi

Xəbər verdiyimiz imi, Azərbaycan Mətbuat Şurası BBC-nin Azərbaycan xidmətini Qarabağla bağlı “qeyri-obyektiv” material verməkdə suçlayıb. Bildirilib ki, telekanal Azərbaycanla Ermənistan arasında münasibətər, Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazidə mövcud vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlayır, qərəzli iddialar irəli sürür.
BBC-nin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Qarabağdakı hadisələri öz xəbər proqramlarında işıqlandırmağa davam edən mətbuat orqanı bunu qərəzsiz etmək və müxtəlif mövqelərdən çıxış edən şəxslərin fikirlərini eşitmək prinsipinə sadiqdir.
Mətbuat Xidməti deyib ki, yaxın günlərdə “BBC News” xəbərlərində Azərbaycanın mövqeyi veriləcək:
“Bundan başqa, BBC-nin Azərbaycanca xidməti öz auditoriyasını qərəzsiz və müstəqil xəbər və məlumatla təmin etmək prinsipinə sadiqdir”.
Qeyd edək ki, Mətbuat Şurası BBC azərbaycanca ilə bağlı tədbirlər görülməsini istəyir.
“Ya üzr istəsinlər, ya da Azərbaycan xidmətinin fəaliyyəti dayanmalıdır”, – qurumun yaydığı məlumatda deyilir.

Həmçinin oxuyun

“Qarabağ doğma limanına qayıdıb” – Qordon

Məşhur ukraynalı jurnalist Dmitri Qordon teleaparıcı Vasili Qolovanovla söhbətində Qarabağdan danışıb.Bakupost.az xəbər verir ki, jurnalist Qarabağın …