Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bazar rəhbərliyi dayanacağı zəbt etdi: Polisin müdaxiləsi gecikmədi – FOTOLAR

Bazar rəhbərliyi dayanacağı zəbt etdi: Polisin müdaxiləsi gecikmədi – FOTOLAR

Bakıda bazar rəhbərliyi ilə avtobus sürücüləri arasında yaranan dayanacaq davasına polis müdaxilə edib. Avtobus dayanacağının zəbt edilməsindən sonra sürücülər yaranmış vəziyyətdən narazı qalaraq, Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət ediblər. Polis əməkdaşlarının müdaxiləsindən sonra yaranmış problem aradan qaldırılıb.

Musavat.com-un məlumatına görə, Sabunçu rayonundakı Sabunçu bazarında həftə sonları baş tutan “rus bazarı”nda son bir neçə aydır ki, özbaşınalıq hökm sürürdü. Belə ki, bazar rəhbərliyi həftə sonları daha çox qazanc əldə etmək üçün bazara aid olan ərazidən əlavə yol kənarlarında, səkilərdə, hətta avtobus dayanacaqlarında belə, satıcılara alış-veriş etməyə şərait yaratmışdı. Bunun qarşılığında ciblərini dolduran bazar rəhbərliyi Sabunçu bazarı ərazisində böyük narazılıq yaratmışdı.

Avtomobillərin hərəkətinə problem yaradan, piyadaların yolunu kəsən bazar rəhbərliyindən əsas narazı olan tərəflərdən biri də 40 saylı marşrut avtobuslarının sürücüləri idi. 40 saylı marşrut avtobuslarının sonuncu dayanacağı olaraq nəzərdə tutulan ərazi bazar rəhbərliyi tərəfindən zəbt edildiyindən sürücülər avtobusları saxlamağa yer tapa bilmirdilər. Hər həftə eyni problemlə üzləşən sürücülər çıxış yolunu polisə müraciət etməkdə görüblər.

Uzun müddət davam edən narazılıq 40 saylı marşrut avtobuslarının aid olduğu “Transqeyt” MMC tərəfindən “102” qaynar xəttinə edilən müraciət ilə öz həllini tapıb. Əraziyə Sabunçu rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşları cəlb edilb.

Polis əməkdaşları nəinki avbus dayanacağını, hətta bazardan kənarda olan bütün ticarət köşklərini yığışdırıb. İndi həftə sonları təşkil olunan yarmarka yalnız bazarın öz ərazisində baş tutur. PPX əməkdaşları isə bazarın ətrafında növbə çəkirlər.

Qeyd edək ki, Sabunçu bazarında həftə sonları müşahidə olunan özbaşınalıqlarla bağlı bir neçə dəfə məumat dərc etmişik. Yuxarıda sadaladığımız problemlər həmin yazılarda da öz əksini tapırdı.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın