Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bayramda qalxan qiymətlər nə vaxt düşəcək?

Bayramda qalxan qiymətlər nə vaxt düşəcək?

Novruz bayramı ərəfəsində bazarlarda ərzaq məhsullarının, əksər meyvə və tərəvəzlərin qiymətində xeyli artım müşahidə olundu. Statistik göstəricilərə görə, meyvələr arasında ən çox isə armud və bananın qiyməti bahalaşıb. Belə ki, armudun qiyməti 3 manatdan 5.00 – 5,50 manata, banan isə Bakıda 2.50 – 2.60 manatdan 3.00 – 3.50 manata, rayonlarda isə 3 manatdan 4 manata kimi qalxdı. Bayram günlərində hətta yerli istehsal məhsullarının da qiymətlərində artım müşahidə olundu. 

Bəs bayramdan sonra bazarlarda qiymətlərin aşağı düşməsi gözlənilirmi?

BakiPost.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, yay aylarına kimi qiymətlərin aşağı düşməsi gözlənilmir: “Təəssüf ki, bizdə belə bir praktika çox nadir hallarda olur ki, qiymətlər qalxdıqdan müəyyən müddət sonra enmə olsun. Ərzaq məhsullarının və meyvələrin qiymətlərində aşağıya doğru pozitiv dəyişiklik yay aylarında ola bilər. Bu təxminən iyun- sentyabr aylarında baş verəcək. Çünki bizdə həmişə ənənəvi mövsümi faktorlara görə bir çox kənd təsərrüfatı məhsullarında ucuzlaşma müşahidə olunur. Digər məhsullarda isə bu hal baş verməyəcək. Çünki yerli istehsalın özündə belə xaricdən gətirilən xammaldan çox istifadə olunur. Bu nöqteyi nəzərdən manatın məzənnəsində ucuzlaşma olan kimi qiymətlərin daha da bahalaşması olacaq.
Dükanlarda satılan hazır ərzaq məhsullarının qiymətinin gələcəkdə enməsi mümkün görünmür. Hətta bununla bağlı müəyyən çətinliklər də var. Çünki məzənnə ilə bağlı müəyyən dəyişikliklər ola bilər”.
Natiq Cəfərlinin proqnozlarına görə, xaricdən gələn məhsulların daha da bahalaşması müşahidə oluna bilər.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın