Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bayram süfrəsi bir ildə nə qədər bahalandı?

Bayram süfrəsi bir ildə nə qədər bahalandı?

İl ərzində Turan Agentliyinin tərtib etdiyi 30 əsas ərzaq növündən ibarət istehlak səbətinin qiyməti 18% artsa da, bayram süfrəsinin vacib ərzaqları 22%-dən 100%-dək bahalanıb. O, cümlədən mal əti 42,8%, qoyun əti 22,2%, toyuq əti 25,9%, kərə yağı 42,1%, qarğıdalı yağı 44%, marqarin 33,3%, yumurta 30,7%, şəkər tozu 66,6%, qənd 33,3%, duz 28,5%, düyü 38%, xama 22,2%, kartof 33,3%, baş soğan 30%, xiyar 100%, pomidor 94,4% bahalanıb.

2016-cı ildə Azərbaycanda yaşayış minimumu 136 manat olub. 2015-ci illə müqayisədə o, cəmi 5 manat və ya 3,67% artıb. 2017-ci ildəyaşayış minimumunu 13,97% və ya 155 manatadək artırmaq təklif olunur. Manatın davam edən ucuzlaşması tendensiyası (o, 2015-ci ilin fevralından 2,14 dəfə qiymətdən düşüb) ilə bağlı yaşayış minimumunun artırılması öz aktuallığını qoruyacaq, çünki onu inflyasiya onu hələ parlament təsdiq edənədək “yemişdi”.

Turan bildirir ki, hökumət son iki böhranlı ildə vəziyyətin sabitləşdirilməsi və ya inflyasiyаnın ailə büdcələrinə, xüsusən sayı sürətlə artan aztəminatlılara təsirini yumşaltmaq üçün heç nə təklif edə bilmədi. Ekspertlərin məlumatına görə, əhalinin strukturunda kasıbların sayı 5%-dən 22%-ə artıb.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın