Ana səhifə / Media / Bayram günləri Bakıda 369 nəfər xəstəxanaya yerləşdirilib

Bayram günləri Bakıda 369 nəfər xəstəxanaya yerləşdirilib

Bakıda bayram günləri təcili yardıma çağırışların sayı açıqlanıb.

Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-ın sorğusuna verilən cavaba görə, dekabrın 31-də təcili yardıma 2855, yanvarın 1-də isə 2994 çağırış olub.

Nəticədə dekabrın 31-də 183, yanvarın 1-də isə 186 nəfər xəstəxanaya yerləşdirilib. Təcili yardıma şikayətlər daha çox qızdırma ilə bağlı olub.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın