Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bayram çadırlarından sonra şəhər Balaxanı zibilliyini xatırladır — FOTOLAR

Bayram çadırlarından sonra şəhər Balaxanı zibilliyini xatırladır — FOTOLAR

Bakıda metro stansiyaları qarşısında quraşdırılan çadırlarda bayram yarmarkaları artıq öz fəaliyyətini bitirib.
Artıq həmin yarmarkalar bir neçə gündür sökülüb. Lakin çadırlar sökülsə də, yerində qalmış zir-zibil hələ də yığışdırılmayıb. Belə yerlərdən biri də, şəhərin mərkəzi ərazilərindən olan “Nəriman Nərimanov” metro stansiyasının çıxışıdır. Keçidin qabağı zibilliyə çevrilib. Sakinlər toplanan zibillərin arası ilə gedib-gəlirlər.
Baxmayaraq ki, bu durumdan sakinlərin özləri də narazıdırlar, amma nə etsələr də, hələlik ərazini təmizləyən tapılmayıb. Həqiqətən də, deyildiyi kimi ərazi ilk baxışdan Balaxanı zibilliyini xatırladırdı. Ətrafda toplanmış tullantılar iyrənc vəziyyət yaratmışdı. Bu vəziyyətdən ən çox əziyyət çəkən isə sakinlərdir.
“Yarmarka keçirdiblər, pul qazanıblar. İndi çadırları söküb aparıblar. Ərazini təmizləmək yaddan çıxıb. Biabırçılıqdır, görəsən bunlara baxan yoxdur?”, – deyə sakinlər durumdan narazılıqlarını bildirirlər.
Məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Ölkə.Az-a bildirib ki, həmin zibil səhərə qədər yığışdırılacaq.
“Mən bu dəqiqə xəbər verəcəyəm. Sizə söz verirəm ki, bu gecə ərazi təmizlənəcək”, – deyə Əliabbas Bağırov bildirib.
Qeyd edək ki, bayram ərəfəsində paytaxtda yeni il yarmarkalarının keçirilməsi üçün 13 çadır quraşdırılsa da, həmin çadırların 7-si texniki təhlükəsizlik qaydalarına cavab vermədiyi üçün sökülmüşdü. Qalan 6 çadır isə küçələrdəki işıq dirəklərindən elektrik enerjisi götürməmək şərtilə xüsusi elektrik generatorları vasitəsilə işıqlandırılmaqla fəaliyyət göstərirdi.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın