Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / “Başkent”-in ağıza girən milçəkləri, MADO-nun 19 manatlıq tələsi

“Başkent”-in ağıza girən milçəkləri, MADO-nun 19 manatlıq tələsi

Ramazan ayında restoranların “iftar menyusu”nda yaşananlar

Ramazan ayının önəmli anlarından biri də iftar saatı və iftar süfrələridir. Müqəddəs ayın gəlməsi münasibəti ilə sanki oruc tutan da tutmayan da iftar süfrələri  təşkil etməklə qalan 11 ayın yükünü azaltmağa çalışırdılar. Şəhərimizdə fəaliyyət göstərən restoranların bir çoxu da bu işdə payının olmasını istədi. Amma necə?

Restoranlardan bir neçəsi müqəddəs ayın gəlməsi münasibətilə öz menyularında əlavə “iftar menyu”su da təqdim etdilər. Bir ay ərzində  “İftar menyu”su  verən bir çox restoranlarda müşahidələr apardıq.

“Başkənt” restoranının “iftar menyu”sunda qiymətlər   7-11 azn arası dəyişirdi. İlk baxışdan qiymətlər çox uyğun görünsə, də bu qiymətə uyğun qədərdə təam təqdim olunmadığı açıq –aşkar görünürdü. Bundan əlavə o qədər də yüksək xidmət göstərilmyən məkan sanki məhsulunu tez-bazar satan topdansatış məntəqələrini xatırladırdı.  Səliqə və düzən yox idi.  Restoranın əsas zalında yemək yeyərkən havada uçuşan milçəklərin qidaya  yoldaşlıq etməsindən isə qaça bilməzsən. Bir sözlə antisanitariya vardı.  Restoranin divarlarında asılan televizor manitorlarında Səid Nursidən tutmush nurçuluğu təbliğ edən bəlgəsəllərin yayımı xüsusi diqqət çəkirdi.  Müştəriləri daha çox gənclərdən ibarət olan restoran rəhbərliyi  monitorlarda nurçuluğu təbliğ etməklə nəyə nail olmaq istəyirdi görəsən? Həm də Müqəddəs Ramazan ayında…

Uzun illərdir şəbəkə kimi fəaliyyət göstərən “Anadolu” restoranları da  “səliqəsi” “xidməti” ilə “Başkənt” restoranına bənzəyirdi.  Təmiz qurudulmamış, islaq boşqab və stəkanlarda təqdim olunan yeməklərin dadı o qədər də qənaətbəxş deyildi.

Paytaxtın tanınmış restoranlarından biri hesab olunan MADO da oruc tutanlar üçün xüsusi iftar və imsak menyusu vardı. Imsakı 9 azn olan restoranda iftar menyusu nə az nə çox 19 manat idi. Burda isə qiyməti məhz 19 manat  etməklə müştərilərə psixoloji təsir göstərilib. Yəni 20 deyil 19-dur… halbuki arada 1 azn fərq var, o da necə olsa hesab ödənəndə öz fərqini itirəcək. Bundan əlavə MADO-nun təqdim etdiyi iftar menyusu  “furşet” yəni buffet qaydasında verilirdi. Belə ki hər kəs özünə qulluğ etməlidir. Bu isə eyni vaxtda iftar edən insanlar üçün böyük narahatlıq yaradırdı. Müştərinin ehtiyatsızlığından sınan stəkanın qiymətinin də hesaba əlavə edilməsini  isə “ramazan hədiyyəsi” kimi qiymətləndirmək olar. Bu restoranda qarsonların müştəriyə qarşı saymazlığı adi günlərdə özünü göstərirdi, bu xüsusiyyət Ramazan ayına “özəl”  artırılmışdı.

Ramazan ayından istifadə edib “bazarlıq” edən restoranlıarın sayı çox olsa da məhz oruc tutan müsəlman bacı və qardaşlar üçün yüksək xidmət göstərən “Dafne by Dalida” kimi məkanlar da oldu. “İftar menyu”su 15 azn təşkil edən restoranda bu qiymətə soyuq qəlyanaltısından tutmush isti yeməklərə qədər normal süfrə təqdim olundu. Qarşılanma,  hər bir müştəriyə xüsusi diqqət, qarsonların yüksək xidməti, ləziz təamlar, səliqə və təmizlik restoranda özünü əks etdirdi. Ramazan ayına xüsusi hazirlıq görüldüyü hiss olunan məkanda bütün heyət xüsusi canfəşanlıqla öz müştərilərinə yüksək səviyyədə xidmət göstərdi.  Heç olmasa bu ayda  “bazarlıq” etməyən restoranların olması nə xoşdur.  Təki bütün restoranların xidməti “Dafne by Dalida”dakı kimi olaydı…

P.S Ramazan ayında apardığımız müşahidələrdən “Dafne by Dalida” restoranı yüksək xidmətinə görə birincilik qazandı.

Simsar.az

 

 

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın