Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Başının yarısı plasmasdan olan Qarabağ əlili ilə bağlı I-ci vitse-prezidentə MÜRACİƏT…

Başının yarısı plasmasdan olan Qarabağ əlili ilə bağlı I-ci vitse-prezidentə MÜRACİƏT…

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ailəsini dolandırmaq üçün çörək pulu tapa bilməyən II qrup Qarabağ əlili Məzahir Əhmədovla bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova müraciət edib.
 
Müraciətdə deyilir: 
“Laçın rayonundan məcburi köçkün, II qrup Qarabağ müharibəsi əlili Əhmədov Məzahir Saybalı oğlunun şikayəti əsasında Sizə müracət edirik. O, hazırda Abşeron rayonu, Mehdiabad gənclər şəhərciyi, bina 9, mənzil 57 ünvanında məskunlaşıb. (telefon. 050 670 04 73). Məzahir Əhmədov 1992-1995-ci illərdə Qarabağ müharibsəində hərbi əməliyyatlarda iştirak edib, Laçın, Kəlbəcər, Füzuli istiqamətlərində vuruşub, başından ağır yaralanıb, başının bir hissəsində sümük əvəzinə plastmas qoyulub. O, hazırda əmək qabiliyyətinə malikdir, ali təhsilli jurnalistdi, əmək fəaliyyəti ilə məşğul ola bilər. Dörd nəfər ailə üzvü, o cümlədən 2 azyaşlı uşaq, 80 yaşlı atası onun himayəsindədirlər. Aldığı 250 manatlıq təqaüdlə heç cür dolana bilmir, əlavə gəlir mənbəyi yoxdur. O, dəfələrlə müxtəlif instansiyalara müraciət edib, lakin onu ixtisasına və səhhətinə uyğun işlə təmin etməyiblər. O, aldığı yaralarla bağlı fiziki işlə məşğul ola bilmir, lakin istənilən oturaq işdə çalışa bilər. Xahiş edirik ki, Qarabağ əlili və məcburi köçkünün uyğun işlə təmin olunması üçün göstəriş verəsiniz. Müraciətimizə diqqətlə yanaşacağımıza inanır və əvvəlcədən təşəkkür edirik”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın