Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Başıma gələ biləcək hadisəyə görə məsuliyyəti Abşeron RİH başçısı daşıyacaq” – Jurnalist

“Başıma gələ biləcək hadisəyə görə məsuliyyəti Abşeron RİH başçısı daşıyacaq” – Jurnalist

“Abşeron rayonu Mehdiabad qəsəbəsində şahidi olduğum çatışmazlığı, problemi sosial şəbəkə üzərindən ictimailəşdirdiyimə, mediada bu barədə yazılar hazırladığıma, o cümlədən bir qədər əvvəl bu barədə paylaşdığım statusla əlaqədar qəsəbədə yaşayan ailə üzvlərim, yaxınlarım vasitəsilə mənə təsir və təzyiq göstərməyə, yazıb paylaşdıqlarımı sildirməyə çalışırlar. Bu, təəssüf doğurur, eyni zamanda narahatlıq yaradır”.

Bu barədə jurnalist Rufik İsmayılov məlumat verib.

R.İsmayılov bəyan edib ki, bu andan etibarən özünün, ailə üzvlərinin və yaxınlarının başına gələ biləcək hər hansı xoşagəlməz hadisəyə görə məsuliyyəti bilavasitə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı daşıyacaq: “Hələ ki dəllallıq edib araya düşənlərin adlarını açıq şəkildə qeyd etmirəm. Ümid edirəm ki, bu status onlara “dur” deyəcək. Amma özlərini yığışdırmasalar bu barədə ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına açıq məktubla müraciət edəcəyəm”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …