Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Başıbəlalı üçəmlərdən sağ qalanı da Bakıda öldü…

Başıbəlalı üçəmlərdən sağ qalanı da Bakıda öldü…

Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanı Bakıda dünyasını dəyişib.

Bu barədə Report-a ölən körpələrin doğmaları məlumat veriblər.

Yaxınlarının bildirdiyinə görə, hazırda ölən körpənin meyiti Salyana gətirilir.

Qeyd edək ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb. Sağ qalan körpə Bakıdakı Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilmişdi.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın