Şənbə , Yanvar 23 2021
Ana səhifə / Media / Baş toksikoloq: “14 nəfərdən heç biri ölməyib”

Baş toksikoloq: “14 nəfərdən heç biri ölməyib”

İyul ayında Azərbaycanda 14 nəfər ilan sancması ilə bağlı Klinik Tibbi Mərkəzə müraciət edib.

Bunu Teleqraf.com-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 9 nəfər xəstəxanaya qəbul edilib:

“Müraciət edənlərdən 3 nəfər uşaq olub. Mərkəzə yerləşdirilənlərdən bir nəfərin vəziyyəti kəskin ağır, digərlərinki orta-ağır olub. Onlara köməklik göstərilib. Ölüm hadisəsi isə baş verməyib”.

Baş toksikoloq bildirib ki, yay mövsümü başlayandan bu günə qədər 30-a yaxın ilan sancması hadisəsi qeydə alınıb.

Azər Maqsudov qeyd edib ki, müraciətlər əsasən Qaradağ, Xəzər, Şamaxı, Yevlax Tovuz və digər regionlardan olub.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın