Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Baş redaktor ölümlə təhdid olunur

Baş redaktor ölümlə təhdid olunur

Jurnalist, RealMedia.az saytının baş redaktoru Ramin Məhəmmədoğlu ölümlə təhdid olunur.
Baş redaktor Azinforum.az-a bildirib  ki, gün ərzində tanımadığı şəxslər tərəfindən şəxsi mobil telefonuna 051 450-45-97 və 051 962- 44- 11 mobil nömrələrindən zənglər gələrək, ünvanına nalayiq, təhqiramız söyüşlər işlədilməklə, ölümlə təhdid olunur.
Baş redaktor deyir ki, ona olunan təhdidlərlə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Beyləqan Rayon Polis  İdarəsinə məlumat versə də, hələ də təhdidlər dayanmayıb.

Qeyd edək ki, son günlər Ramin Məhəmmədoğlunun rəhbərlik etdiyi saytlarda Beyləqan rayonunda hansısa  şantajçı şəbəkənin  fəaliyyət göstərdiyinə dair faktlar ictimailəşdirilib. Ramin Məhəmmədoğlu təhdidlə üzləşməyini peşə fəaliyyətilə əlaqəli olduğunu bildirir.

Azinforum.az

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …