Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Media / “Baş Prokurorluq qarşısında dövlət himnini oxuyan bir jurnalistin səs yazısını yayacam”

“Baş Prokurorluq qarşısında dövlət himnini oxuyan bir jurnalistin səs yazısını yayacam”

“Dünən Baş Prokurorluq qarşısında dövlət himnini oxuyan bir jurnalistin səs yazısını yayacam. Peşəmizə kölgə salıb jurnalistikanı ucuzlaşdıran bu şəxs bir məmuru təhdid edib, şantaj edir”.

Bunu “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev bildirib.

“İşi araşdırıram. İlanın başını əzməliyik! Başqa yolumuz yox! Əks halda jurnalistikamızın mənən təmizlənməsini və yeni mərhələyə çıxmasını təmin edə bilməyəcəyik!” – E.Fətullayev qeyd edib.

REAL TV-nin rəhbəri Mirşahin Ağayev isə “Gözləyirəm! Formadayam! Təmiz və şəffaf media, Qalib Azərbaycan uğrunda!” qeydini yazaraq münasibət bildirib.

Həmçinin oxuyun

Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir, amma…

Jurnalistlər Sənan Həsənoğlu və İlqar Atabəylinin istintaqı yekunlaşıb, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. …