Cümə , Noyabr 27 2020
Ana səhifə / Media / Baş Prokurorluq Əfqan Sadıqovla bağlı məlumat yaydı

Baş Prokurorluq Əfqan Sadıqovla bağlı məlumat yaydı

Baş Prokurorluq “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.

Azinforum.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlama verib. 

O bildirib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb: “İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Təfərrüatları barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …