Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Bank Standart” -ı iflasa aparan daha bir səbəb…

“Bank Standart” -ı iflasa aparan daha bir səbəb…

Ötən həftə bağlanan “Bank Standart” haqda  bir sıra məlumatlar daxil olub.

Etibarlı mənbənin verdiyi xəbərə görə, “Bank Standart” bağlanmazdan 2 ay öncə düşdüyü çətin durumdan çıxmaq üçün dövlətdən yardım istəyib. Dövlətin nəzarətində olan “Azər-Türk Bank” “Bank Standart” a 150 milyon dollar vəsait ayıraraq bankın çətin durumdan çıxmasına yardım etmək istəsə də bank bağlanıb.

Moderator.az –a məlumat verən mənbənin sözlərinə görə bankın bağlanmasının əsas səbəblərindən biri də onlara ayrılmış 150 milyon pulun təyinatına uyğun istifadə olunmaması olub.

Qeyd edək ki, hazırda Bank Standartda vətəndaşların milyonlarla manat depozit hesabı qalıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın