Çərşənbə axşamı , Sentyabr 27 2022
Ana səhifə / Media / Balaş Qasımov İTV-nin keçmiş rəhbərlərini bir araya topladı – FOTO

Balaş Qasımov İTV-nin keçmiş rəhbərlərini bir araya topladı – FOTO

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai Televiziya və İctimai Radio) 17 yaşını qeyd edib.
Belə ki, şirkətin baş direktoru Balaş Qasımov bu münasibətlə sələflərinə jest edib.

Belə ki, o, İTV-nin əvvəlki baş direktorlar – İsmayıl Ömərov və Cəmil Quliyev 17 yaş münasibətilə keçirilən tədbirə dəvət olunub.

Bu barədə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı özünün “Facebook” hesabında həmin tədbirdən şəkil paylaşaraq bunları yazıb:

“Maraqlı şəkildir. Bu gün İTV-nin 17 illik yubleyində cəkilib. Dünənini baltalamamaq, ənənələrə sadiq qalmaq və gələcəyə boylanmaq bu fotoda əksini tapıb.İTV-nin digər televiziyalardan fərqi budur və bir örnəkdir”.

Qeyd edək ki, İsmayıl Ömərov 2005-ci ildə, Əməkdar incəsənət xadimi Cəmil Quliyev isə 2013-cü ildə İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor təyin edilmişdi. 2018-ci ildən etibarən isə şirkətə Balaş Qasımov rəhbərlik edir.
Baku Post

Balaş Qasımov İTV-nin keçmiş rəhbərlərini bir araya topladı - FOTO

Həmçinin oxuyun

Reyestrə düşən jurnalistlərə 3 gün ərzində vəsiqə veriləcək

Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, …