Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Balakəndə arıçılığın inkişafında “Əlikram Qasımov problemi”… – ŞİKAYƏT

Balakəndə arıçılığın inkişafında “Əlikram Qasımov problemi”… – ŞİKAYƏT

Balakən rayonunun Qullar kənd sakini Keriyov Abdulətif Abdulsəməd oğlu tərəfindən tezadlar.az-ın ünvanına şikayət məktubu daxil olub.

Şikayətçi yazır ki, 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək arıçılığın inkişafına maneələr yaradır:
“Hansı ki, prezident İlham Əliyev arıçılığın inkişaf etdirilməsi üçün xüsusi tapşırıqlar vermişdir. Biz uzun illərdir arıçılıqla məşğul oluruq. Balakən rayonunun Qullar kəndi ərazisində meşə zolağında arı saxlayırıq. Burada eyni meşə zolağında 50-dən çox arıçılıqla məşğul olan şəxs var. Təxminən 4000-5000 arı yeşiyimiz (arı ailəsi) var. 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov hər bir arı yeşiyinə görə bizdən 2 manat istəyir. Bu isə ayda 10.000 manat edir. Biz bunun qanunsuz olduğunu bildirdikdə, o, bizə dedi ki, guya baş nazir Artur Rəsizadənin bu barədə qərarı var. Ancaq biz öyrəndik ki, cənab baş nazirin belə bir qərarı yoxdur.
Ödənilən pula qəbz verilmir, buna dair bizə heç bir sənəd təqdim edilmir. 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov yalandan Artur Rəsizadənin adından istifadə edərək cibini doldurur.
Biz mətbuat vasitəsilə prezident cənab İlham Əliyevdən xahiş edirik, bizə kömək etsin, baş nazirin adından istifadə edib korrupsiya əməlləri ilə məşğul olub, arıçılığın inkişafının qarşısını alan 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlkiram Qasımovun barəsində ciddi tədbirlər görülsün.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətinə etdiyimiz şikayətə baxılmaması onu deməyə əsas verir ki, müdir Əlikiram Qasımov bu işi tapşırıq əsasında həyata keçirir”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın