Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “BakuBus”ın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin edilib

“BakuBus”ın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin edilib

“BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

MMC-dən “APA-Economics”ə verilən xəbərə görə, bu vəzifənin icrası jurnalist Qabil Babayevə həvalə olunub.

O, bu vəzifədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri təyin edilən Mansur Piriyevi əvəzləyib.

Qeyd edək ki, Q. Babayev 1999-2005-ci illərdə müxtəlif qəzetlərdə müxbir, 2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor, böyük redaktor, aparıcı, 2013-2016-cı illərdə “Yevlax Tv” MMC-də (hazırkı ARB Aran Media Şirkəti) baş direktorun informasiya məsələləri üzrə müavini, 2017-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi vəzifələrində çalışıb. Peşəkar jurnalist Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …