Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “BAKUBUS” MMC İNHİSARA BAŞLAYIR

“BAKUBUS” MMC İNHİSARA BAŞLAYIR

Azinforum.az xəbər verir ki, sərnişinnəqliyyatda müasir standartlara cavab verən xidmətin təşkili istiqamətində atılan addımların atılması hərkəsin ürəyincədi. Buna misal olaraq “Bakubus”MMC-nin yaradılması,ölkəmizə Fransa ishesalı olan konfortlu avtobusların gətirilməsi ilə paytaxt Bakımızda sərnişindaşımada yaranan boşluqlar demək olar ki,az da olsa aradan qalxıb.Amma bu o demək deyil ki, “Bakubus”MMC-nin yaradılması ilə özəl şirkətlər sıxışdırılmalı və bu günə kimi onların istifadə etdikləri sərnişin xətləri “Bakubus”a verilməlidir.

Redaksiyamıza bununla bağlı daxil olan məlumata görə, sərnişindaşımada fəaliyyət göstərən özəl şirkətlərə xəbərdarlıq edilib ki, əgər aprel ayının 1-dən 10-na kimi kart sisteminə keçməzlərsə,o zaman istifadə etdikləri xətlər “Bakubus”MMc-yə veriləcək.

Qeyd edək ki, Nəqliyyat nazirliyi bir neçə il bundan öncə bu özəl şirkətlrə kart sisteminə keçmələri ilə bağlı xaricdə istehsal olunan avadanlıqlar satmışdı və bu bir dəfə deyil iki dəfə təkrarlanmışdı.Yəni firmalar birinci kərə kart sisteminin tədbiqi ilə bağlı həmin aparatları alsalar da,sonradan nazirlik firmalara satdıqları aparatların keyfiyyətsizliyini irəli sürərək,yeni gətirilən avadanlıqları almaların tələb etmişdi.Firmalarda yenidən xərcə düşürək bu avadanlıqları almağa məcbur olmuşdular.maraqlıdır ki, bu dəfə də firmalar Bakıkart sisteminə keçmək üçün yeni aparatları almağa məcbur olacaqlar.Əks təqdirdə şirkətlərin istifadə etdikləri sərnişindaşıma xətləri “Bakubus”MMC-nin nəzarətinə keçəcək.

Artıq müşahidə apardığımız bir neçə sərnişindaşıma firmalarının avtobuslarında əvvəllər quraşdırılan kart sistemləri sökülüb və sürücülərdə bunu yeni kart aparatları ilə əlaqələndiriblər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın