Ana səhifə / Media / “Baku Bus”un avtobusu ağır qəza törətdi: ölən var

“Baku Bus”un avtobusu ağır qəza törətdi: ölən var

Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “Nissan Qasqai” toqquşub. Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın