Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bakının yol nişanları: üstündə xırda lampalar olsa da, heç biri yanmır

Bakının yol nişanları: üstündə xırda lampalar olsa da, heç biri yanmır

Paytaxtdaki yol nişanlarının əksəriyyətinə, xüsusilə də piyada nişanlarına günəş panelləri quraşdırılıb. Bundan əlavə, nişanların üzərinə xırda lampalar yerləşdirilib. Lakin həmin nişanların bəzilərinin üzərindəki işıqlar yanmır. Bu da həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.

Nişanların aydın görünməməsi əsasən sürücülərin işini çətinləşdirir. Hətta qəza şəraitinin yaranmasına da səbəb olur.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev “Xəzər Xəbər”ə bildirib ki, həmin nişanlar işığı əksetdirmə qabiliyyətinə malikdir. Bu səbəbdən də üzərindəki lampalar yanmasa da, ciddi problem yarada bilməz. Bununla belə, həmin nişanların işlək vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görüləcək.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın